Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Çox iti zehinlər yatan oldular.
Axırda saxsı qab satan oldular.

(“Yeddi gözəl”)

Sinənə taxmaq üçün gövhər gətirsən ələ,
Ondan da yaxşısını çalış gətir əmələ.

(“Sirlər xəzinəsi”)

Dəvə uzaq düşsə, ayrılsa qatar,
Bir siçan da olar ona cilovdar.

(“Xosrov və Şirin”)

Qanını çörəyinə yavanlıq elə,
Papağı dik saxla, baş getsə belə.

(“Leyli və Məcnun”)

Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər!

(“İsgəndərnamə” – “İqbalnamə”)