Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əməkdar incəsənət xadimi, tanınmış şair Zeynal Xəlilin anadan olmasının 90 illiyinə həsr olunmuş “Zeynal Xəlil” kitabının təqdimatı keçirilib.
    
    Tədbirdə çıxış edən yazıçı-publisist Nahid Hacızadə, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli Zeynal Xəlilin nəğməkar şair kimi yaradıcılığından söz açıblar. Qeyd olunub ki, müasirləri şairin poeziyasını lirik duyğularla, zəngin ifadə vasitələri ilə seçilən poeziya adlandırlblar.
   Kitabın müəllifi Sona Xəyal “Müasirlərimiz” seriyasından yazdığı kitabda şairin səmimiyyətini verməyə çalışdığını vurğulayıb. Şairlər Musa Ələkbərli, Taleh Həmid və başqaları Zeynal Xəlilin özündən sonra gələn nəslə qayğısından danışıblar.
   Şairin oğlu Rza Xəlilov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, atası ilə bağlı xatirələrini danışıb.