Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar yanvarın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət göstərən turizm şirkəti və hotellərin rəhbərləri ilə işgüzar görüş keçirib. «Park İnn» hotelində gerçəkləşən görüşdə 60-dək turizm şirkəti və hotel rəhbəri, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları iştirak edib.
   
   Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev 2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan edilməsi ilə əlaqədar bütün turizm ictimaiyyətinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. O, turizmin inkişafında əldə olunan nəticələr, bu sahədə həyata keçirilən layihələr, zəruri infrastrukturun yaradılması ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkə prezidentinin tapşırıqlarını əsas tutaraq turizm sektorunda çalışanları fəal olmağa, Azərbaycan turizmini beynəlxalq standartlar səviyyəsinə daha geniş təqdim etməyə çağıran nazir indiyədək əldə olunan nailiyyətlərlə kifayətlənməyib bu sahədə hələ də mövcud olan çatışmazlıqlara diqqət yetirməyi tövsiyə edib.
   Görüşdə, həmçinin Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı həlli vacib olan məsələlər, ilkin tədbirlər planı müzakirə olunub, nazirliyin Turizm şöbəsinin və digər strukturlarının, ayrı-ayrı turizm şirkətlərinin və hotel rəhbərlərinin qarşısında duran vəzifələr diqqətə alınıb. Bu sırada turizmin müxtəlif istiqamətlərinin inkişafı, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, peşəkar mütəxəssislərin hazırlanması, viza problemlərinin həlli, regionlarda turizmin inkişafı, turistlərin tarixi mədəniyyət abidələrinə aparılması məqsədilə yeni marşrutların və şəhər turlarının yaradılması, ölkənin turizm potensialının reklam-çap məhsulları vasitəsilə daxil və xarici turizm sərgilərində nümayiş etdirilməsi, sərgilərdə turizm şirkətlərinin və hotellərin aktiv iştirakı, onların Mədəniyyət və Turizm Nazirliyi ilə yaxından əməkdaşlıq etməsi, daxili turizm sərgilərinin əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər vurğulanıb.
   Eyni zamanda tədbirdə Azərbaycanda turizmin qeyri-neft sektoru olaraq respublika iqtisadiyyatında nə kimi rol oynaya biləcəyi perspektivləri də nəzərdən keçirilib, “Turizm ili”nin bu sahənin inkişafına təkan verəcəyi vurğulanıb.
   Sonra turizm şirkətləri və hotel rəhbərləri söz alaraq, mövcud problemlərdən danışıb, təkliflərlə çıxış ediblər.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar