Poeziya antologiyası nəşr edilib
   
   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, Qazax Azərbaycanın folklor paytaxtı elan olunub. Bu əlamətdar hadisə ilə bağlı “Şairlər Vətəni bizim tərəflər” adlı poeziya antologiyası “MBM” nəşriyyatında çapdan çıxıb. Almanaxda Qazaxda doğulub, boya-başa çatmış şairlərin əsərləri əksini tapıb.
   “Kitab Evi” İctimai Birliyinin təşəbbüsü ilə nəşr edilən antologiyanın tərtibçiləri qurumun sədri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli və Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsaldır.
   Nəşrə Xalq şairi Nəriman Həsənzadə və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Əməkdar elm xadimi Nizami Cəfərov rəy yazıblar.
   Poeziya antologiyasında XVIII əsrin tanınmış Azərbaycan şairləri Molla Vəli Vidadi, Molla Pənah Vaqif, XX əsrin böyük ədibi, Xalq şairi Səməd Vurğun və başqaları da daxil olmaqla 152 şairin 764 şeiri toplanıb.
   Antologiyanın redaktorları filologiya elmləri üzrə fəlsəfə doktorları Fəridə Ləman və Rüstəm Kamaldır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar