Çin paytaxtında ənənəvi beynəlxalq kitab sərgisi və kitab festivalı işə başlayıb.

Sərgi və festivalda 105 ölkə təmsil olunur. Bəzi iştirakçılar pandemiya səbəbindən Asiyanın ən böyük kitab sərgisində onlayn formada iştirak edirlər.

Ümumilikdə 300 mindən çox nəşrin nümayiş olunduğu tədbirdə ən son texnologiyalar, o cümlədən 5G və virtual reallıq texnologiyası geniş tətbiq olunur. Sentyabrın 18-dək davam edəcək sərgi və festival çərçivəsində xeyli mədəni tədbir təşkil olunacaq.

1986-cı ildən keçirilən Pekin Beynəlxalq Kitab Sərgisinin təşkilatçıları Çinin Dövlət Yayım və Nəşriyyat Administrasiyası, Elm və Texnologiyalar Nazirliyi, Pekin Bələdiyyəsi, Çin Naşirlər və Yazıçılar assosiasiyalarıdır.