Rejissorumuzun filmi Batumidə nümayiş olunub

 

Xə­bər ver­di­yi­miz ki­mi, Gür­cüs­ta­nın Aca­rıs­tan Mux­tar Res­pub­li­ka­sı­nın pay­tax­tı Ba­tu­mi­də XVI Bey­nəl­xalq Müəl­lif Film­lə­ri Fes­ti­va­lı (BİAFF 2021) ke­çi­ri­lir. Fes­ti­val­da 30 öl­kə­dən 70-ə ya­xın bə­dii və sə­nəd­li tam­met­raj­lı və qı­sa­met­raj­lı film nü­ma­yiş et­di­ri­lir.

Azər­bay­ca­nın Ba­tu­mi­də­ki Baş Kon­sul­lu­ğun­dan bil­di­rib­lər ki, sent­yab­rın 23-də fes­ti­val­da gənc re­jis­sor Azər Qu­li­ye­vin “Təng­nə­fəs” bə­dii fil­mi nü­ma­yiş olu­nub. Müəl­lif pan­de­mi­ya sə­bə­bin­dən fil­min nü­ma­yi­şin­də iş­ti­rak et­mə­yib.

2021-ci il­də is­teh­sal olu­nan və xro­no­met­ra­jı 15 də­qi­qə olan fil­min sse­na­ri müəl­li­fi Azər Qu­li­yev­dir. Rol­la­rı Şa­la Alı­qı­zı, Azər Ay­də­mir və Ni­cat Ka­zı­mov ifa edir­lər. Film ma­raq­la qar­şı­la­nıb.

Sent­yab­rın 24-də ba­şa ça­tan fes­ti­val Gür­cüs­ta­nın Mə­də­niy­yət, İd­man və Gənc­lər Na­zir­li­yi, Ba­tu­mi Me­ri­ya­sı, Mil­li Ki­no Mər­kə­zi, Aca­rıs­ta­nın Mə­də­niy­yət Na­zir­li­yi və di­gər qu­rum­la­rın təş­ki­lat­çı­lı­ğı ilə real­la­şıb.