Fevral ayı ərzində Azərbaycan daha üç beynəlxalq turizm sərgisində təmsil olunacaq. Bu barədə qəzetimizə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq və təbliğat sektorunun məsləhətçisi Türkan İsmayılova bildirdi ki, iştirakçısı olacağımız ilk sərgi Türkiyədə baş tutacaq. İstanbulda hər il keçirilən EMİT sərgisində ölkəmizin turizm potensialı bu dəfə də 60 kvadrat metrlik lövhədə nümayiş etdiriləcək. 
         
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Nəzər Eminov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfər üzvü, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərindən «Deys Hotel Baku», «Didare Melal», «Millennium Tourism & Congress», «GEO travel» və «Alp İnn» hotelinin təmsilçiləri iştirak edəcək.
   
   * * *
   Fevral ayında ölkəmizin təmsil olunacağı ikinci sərgi Latviyanın paytaxtı Riqada keçiriləcək «Balttour-2011»dir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 24 kvadrat metrlik sahədə Azərbaycanın təbiəti, coğrafi mövqeyi, regionlardakı mövcud turizm imkanları, ölkədə fəaliyyət göstərən istirahət məkanları haqqında    məlumatlar yer alacaq, ziyarətçilərə rus və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları təqdim ediləcək. «Balttour-2011»də ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Adil Adilov, Marketinq və təbliğat sektorunun əməkdaşı Səbuhi Əfəndizadə, «GEO travel» və «Gilan turizm» şirkətləri təmsil edəcək.
   
   * * *
   Ay ərzində Azərbaycanın iştirak edəcəyi üçüncü beynəlxalq turizm sərgisi isə İtaliyada keçiriləcək. «BİT 2011» sərgisi fevralın 17-dən 20-dək Milanda baş tutacaq. Burada da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 24 kvadratlıq lövhə icarə edilib. «BİT 2011»də Azərbaycan turizmi haqqında məlumatları ziyarətçilərə turizm şöbəsinin təbliğat və marketinq sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin turizm üzrə eksperti Bəxtiyar Qılıncov tərəfindən təqdim ediləcək. Sərgidə «GEO travel», «Gilan travel» və «Silkway travel» turizm şirkətləri də iştirak edəcəklər.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar