Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyi və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə arxeoloji turizmin inkişaf perspektivlərinə həsr edilmiş konfrans keçirilib.
   
   Konfransın iştirakçıları əvvəlcə Ağsu şəhərinin 3-4 kilometr cənubundakı “Xaraba şəhər” adlanan və ötən ilin mart ayından arxeoloji tədqiqatlara başlanan şəhərgaha gələrək, buradakı tədqiqatların nəticələri ilə tanış olublar. Sonra şəhərgahın qazıntılar zamanı tapılmış sənətkarlıq məhəlləsində yaradılmış muzeyin - “Ağsu şəhəri, sənətkarlıq məhəlləsi” sərgi kompleksinin açılışı olub.
   Arxeoloji ekspedisiya rəisinin müavini, tarix elmləri namizədi Fazil Xəlilli ilkin qazıntılar zamanı aşkar edilmiş tikililər və minədək tapıntı barədə məlumat verib. Tapıntılar “Orta əsr Ağsu şəhərində dəmirçilik”, “XVII-XVIII əsrlərə aid sikkələr”, “Misgərlik və bəzək əşyaları”, “Orta əsrdə Ağsu şəhərində istehsal olunmuş misgərlik və bəzək əşyaları” və s. bölmələrdə nümayiş etdirilir.
   Sonra Ağsu şəhər Mədəniyyət sarayında konfrans işə başlayıb. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, iqtisad elmləri doktoru Səlim Müslümov, arxeoloji ekspedisiya rəisinin müavini Fariz Xəlilli çıxış ediblər. “Orta əsr Ağsu şəhəri” arxeoloji turizm layihəsinin əhəmiyyəti, yaradılmış muzeyin arxeoloji turizm baxımından böyük maraq doğurduğu vurğulanıb.
   Sonda “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun və eyniadlı filmin təqdimatı olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar