Azərbaycan yazıçısı İlqar Fəhminin “Aktrisa” psixoloji detektivi Özbəkistanda böyük tirajla çap olunub. Özbək dilinə tanınmış yazıçı və tərcüməçi Rüstəm Cabbarovun çevirdiyi kitaba adıçəkilən romandan əlavə, yazıçının özbək mətbuatına verdiyi müsahibələr də daxil edilib.
   Gələn il Daşkənddə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
   Yazıçı-tərcüməçi R.Cabbarov uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə çevirməklə məşğuldur. Onun tərcüməsində tanınmış Azərbaycan yazarlarının nəsr əsərləri Özbəkistanın müxtəlif mətbuat orqanlarında dərc olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar