Daha bir qazi işlə təmin olunub

 

Vətən müharibəsinin iştirakçısı Rauf Yasər oğlu Salayev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinin Lənkəran rayonu üzrə baş mütəxəssis-abidə mühafizəçisi vəzifəsinə işə götürülüb.

Bununla əlaqədar Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəhrəman döyüşçünü qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Rauf Salayev 44 günlük İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.