Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən "Dəf(i)nə yarpağı" müsabiqəsinin növbəti turuna start verib.
Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:
nəsr əsərləri – 20.000 işarəyə qədər;
poeziya nümunələri – 100 misra;
hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;
bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
Müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur. Əsərlər 1 oktyabr – 20 dekabr tarixində qəbul edilir.
Qaliblərin 2022-ci ilin martında elan olunacağı nəzərdə tutulur.
Müsabiqənin mükafat fondu
Nəsr üzrə
I yer – 2000 (iki min) manat
II yer – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Poeziya üzrə
I yer – 2000 (iki min) manat
II yer – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Ətraflı bu linkdə: