Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən görkəmli yazıçı və pedaqoq Mir Cəlalın qırğız dilində çap olunmuş üçcildlik “Seçilmiş əsərləri”nin hər cildindən 40 nüsxə kitabı Qırğızıstan Milli Kitabxanasının direktoru, filologiya elmləri doktoru Cildız Bakaşovaya təqdim edib.
   Üçcildliyin baş məsləhətçi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, məsləhətçilər Milli Məclisin deputatı Qənirə Paşayeva və Nüsrət Məmmədov, tərtibçilər Novruz Məmmədov və Ədibə Paşayeva, nəşrin baş redaktoru akademik Abdıldacan Akmataliyevdir.
   Dekabrın 15-də Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın iştirakı ilə keçiriləcək “Kitep-2010” marafonunda bu kitablar Qırğızıstanın yeddi vilayətinin kitabxanalarına hədiyyə ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar