Xəbər verdiyimiz kimi, Azərbaycanın turizm təmsilçiləri fevralın 10-dan 13-dək Türkiyənin İstanbul şəhərində keçirilən EMİTT beynəlxalq turizm sərgisində iştirak ediblər. 
      
   Ənənəvi olaraq hər il iştirak etdiyimiz sərgidə ölkəmizin turizm potensialı bu dəfə də 60 kvadratmetrlik lövhədə nümayiş olunub. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Nəzər Eminov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərindən «Deys Hotel Baku», «Didare Melal», «Millennium Tourism & Congress», «GEO travel» və «Alp İnn» hoteli təmsil edib.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, sərgidə dünyanın 50-dən çox ölkəsinin rəsmi turizm qurumları, şirkət və mehmanxanaları iştirak ediblər: «Sərginin açılış mərasiminin sonunda Azərbaycanın milli rəqs nümunələri nümayiş olundu. Rəsmi nümayəndələr və sərgi iştirakçıları böyük maraqla rəqqaslarımızın çıxışını seyr etdilər. Bununla yanaşı, sərgi müddətində hər dəfə 20 dəqiqə olmaqla, gündə bir dəfə milli rəqslərimiz xüsusi ayrılmış səhnədə nümayiş etdirilirdi. Bu da iştirakçılar tərəfindən böyük maraqla qarşılanırdı. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verildi, zəngin turizm potensialına malik olan respublikamız müxtəlif çeşidli reklam çap məhsulları və reklam çarxları vasitəsilə nümayiş etdirildi. Azərbaycanın xalq rəqslərinə və folklor nümunələrinə ziyarətçilər tərəfindən xüsusilə böyük maraq vardı».
   M.Qəhrəmanov bildirdi ki, Azərbaycanın stendi medianın diqqət mərkəzində olub: «Türkiyə telekanalları, eləcə də bir sıra xarici telekanallar Azərbaycan stendində çəkilişlər apardılar. Həmçinin sərgi zamanı müxtəlif ölkələrin sərgi iştirakçıları ilə görüşlər keçirdik, onlara Azərbaycanda turizm sahəsinin inkişafı və perspektivi haqqında geniş məlumat verdik. Bundan əlavə, ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında bilgiləri də onların nəzərinə çatdırdıq».
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar