Azərbaycanda turizm sənayesinə aid ilk ixtisaslaşmış dövri mətbuat orqanı olan «Beynəlxalq Turizm Qəzeti» nəşrə başlayıb. Qəzetin yaradıcı kollektivinin əsas məqsədi milli turizmin davamlı inkişafına dəstək verməklə, Azərbaycanın beynəlxalq aləmdə rəqabətə davamlı ölkə kimi tanınmasına nail olmaqdır.
   Ölkəmiz qədim və zəngin mədəniyyəti, tarixi abidələri, təbii mənzərələri, mehriban və qonaqpərvər insanları, yüksək standartlara malik istirahət mərkəzləri ilə dünyada maraqlı və cəlbedici turizm məkanlarından birinə çevrilir. Beynəlxalq səviyyədə aparılan təbliğat və reklamlar Azərbaycanın turizm potensialını tanıtdırmağa imkan verir. «Beynəlxalq Turizm Qəzeti» də bu yolda öz töhfəsini verəcək.
   Hələlik həftədə bir dəfə işıq üzü görən qəzetin yaxın zamanlarda gündəlik və əlavə olaraq ingilis dilində nəşr olunması nəzərdə tutulur. Oxucular qəzet vasitəsilə Azərbaycanda və dünyada turizm sənayesində baş verənlər, eyni zamanda milli turizmin inkişafını sürətləndirən layihələr, turizm şirkətləri və hotellərin peşəkar fəaliyyəti ilə yaxından tanış ola biləcəklər. 
 

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar