Bayram günləri ilə bağlı turizm şirkətlərinə güzəştli turpaketlər təklifi
   
   Bakıda fəaliyyət göstərən «Park İNN» və «Radisson Blu» hotelləri Novruz bayramı ərəfəsində qiymətlərində endirim edəcəklər. Bu münasibətlə müxtəlif turizm şirkətlərinin nümayəndələrini «Park İNN»də bir araya gətirən hotel təmsilçiləri kampaniyanı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının «Turizm ili» çərçivəsində gördüyü işlərə dəstək məqsədilə həyata keçirdiklərini bildiriblər.
   «Park İNN» və «Radisson Blu» hotellərinin satış üzrə menecerləri Gülnarə Əkbərova və Arzu Axundova təmsil etdikləri turizm obyektləri barədə toplantı iştirakçılarına ətraflı məlumat veriblər. Bir və ikiotaqlı nömrələr, hər iki hoteldə xidmətin səviyyəsi və adi vaxtlarda təklif edilən qiymətlər haqda danışan menecerlər bayram ərəfəsində edəcəkləri endirimlər barədə də danışıblar. Bayram kampaniyası çərçivəsində turizm şirkətləri üçün əhəmiyyətli güzəştlər olacaq. Təklif edilən turpaketin qiymətinə pulsuz səhər yeməyi, fitnes-klubdan istifadə və müxtəlif tip otaqlar üçün güzəştlər nəzərdə tutulur.
   Hotellər tərəfindən təklif edilən bu güzəşt kampaniyası turizm şirkətlərinə Novruz bayramı ərəfəsində Azərbaycana gəlmək istəyən turistlərə daha çox çeşidli turpaket təqdim etməyə imkan verəcək.
   Güzəştli bayram kampaniyası «Park İNN» hotelində martın 18-dən 25-dək, «Radisson Blu» hotelində isə martın 15-dən 30-dək həyata keçiriləcək.
   Qeyd edək ki, Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, ötən il Novruz günlərində Azərbaycana təkcə İran İslam Respublikasından 150 min turist gəlib. Bu il ölkə rəhbərliyi tərəfindən Novruz bayramı münasibətilə daha geniş tədbirlərin keçirilməsi nəzərdə tutulur.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar