Heydər Əliyev adına Beynəlxalq Hava Limanında turizm informasiya mərkəzi fəaliyyətə başlayıb. Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə baş mütəxəssisi Bəxtiyar Qılıncovdan aldığımız məlumata görə, layihə “Turizm ili” çərçivəsində həyata keçirilir: “Bilirsiniz ki, “Turizm ili” ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Hava limanında turizm informasiya mərkəzinin açılması layihəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin tədbirlər planına uyğun olaraq həyata keçirilib”.
   B.Qılıncovun sözlərinə görə, artıq “Silkway travel” turizm şirkəti tərəfindən mərkəzin fəaliyyətinə əməkdaşlar təyin olunub: “Bakı Turizm İnformasiya Mərkəzi isə hava limanında fəaliyyət göstərən turizm informasiya mərkəzini Azərbaycanın turizm potensialını tanıdan bukletlər, broşürlərlə və turist məlumat kitabçaları ilə təmin edəcək”.
   Müsahib onu da əlavə edib ki, Qəbələ və Qusar rayonlarında turizm informasiya mərkəzlərinin açılması planlaşdırılır. Bununla bağlı müvafiq təkliflər verilib. Bu il həmin rayonlarda da belə mərkəzlərin fəaliyyət göstərəcəyi istisna edilmir. Turizm informasiya mərkəzlərinin fəaliyyətinə turizm sahəsində təcrübəsi olan, bir neçə xarici dil bilən əməkdaşlar cəlb olunacaq.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar