Oktyabrın 7-də VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində növbəti tədbir gerçəkləşdi. Bakı Ekspo Mərkəzində “Nizami Gəncəvi və A.S.Puşkin bir arada” adlı ədəbi-musiqili kompozisiya təqdim olundu.

Tədbirdə Emil İsmayılov “Azərbaycan” (N.Gəncəvinin dilindən), Teymur Kazımov “Mой город Баку” (“Mənim Bakı şəhərim”; A.Puşkinin dilindən) mahnılarını ifa etdilər.

Daha sonra çıxış edən Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) nümayəndəsi Dmitri İqorov Azərbaycan və Rusiya arasındakı mədəni əlaqələrdən bəhs etdi. Bildirdi ki, RİMM tərəfindən 2011-ci ildən başlayaraq hər il 20-30 nəfərə yaxın azərbaycanlı gəncin Rusiyaya səfəri təşkil edilir. Səfərin təşkilində əsas məqsəd gəncləri Rusiya mədəniyyəti ilə tanış etməkdir.

NURƏDDİN