2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Gəncə Regional Turizm Mərkəzi geniş tədbirlər planı hazırlayıb. Mərkəzin direktoru Cumalı Rəhimovun dediyinə görə, tədbirlər planı regionun turizm şirkətləri nümayəndələrinin, eləcə də hotel rəhbərlərinin iştirakı ilə müzakirə olunub, verilən əlavə təklif və rəylər ümumiləşdirilərək vahid formada təsdiq edilib.
   Tədbirlər planında istər yerli, istərsə də xarici turistlərin qəbulu və onlara göstərilən xidmətin səviyyəsini yüksəltmək, bölgənin turizm marşrutlarının yeni xəritələrinin hazırlanması, tarixi abidələrə ekskursiyalar zamanı daha peşəkar bələdçilərdən istifadə olunması öz əksini tapıb. Bundan başqa, turistlərin rəy və təkliflərinin öyrənilməsi üçün də xüsusi anketlərin hazırlanması qərara alınıb.

  Fəxriyyə