Fevralın 17-dən 20-dək İtaliyanın Milan şəhərində «BİT 2011» beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 24 kvadratlıq lövhə icarə edilib. 
   
   «BİT 2011»də Azərbaycan turizmi haqqında məlumatlar ziyarətçilərə nazirliyin Turizm şöbəsinin Təbliğat və marketinq sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin turizm üzrə eksperti Bəxtiyar Qılıncov tərəfindən təqdim edilib. Sərgidə «GEO travel», «Gilan travel» turizm şirkətləri də iştirak ediblər.
   Leyla Verdiyevanın qəzetimizə verdiyi məlumata görə, sərgidə dünyanın 45-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 600-dən çox hökumət nümayəndələri və özəl şirkətlər iştirak edib: «Azərbaycanın turizm potensialı ilə bağlı məlumatların yer aldığı lövhə ilə həm yerli, həm də xarici ölkələrdən gələn ziyarətçilər maraqlanırdılar. Biz özümüzlə ölkəmizin turizm potensialını təbliğ edən ingilis dilində müxtəlif reklam-çap məhsulları aparmışdıq. Bu təbliğat vasitələri Azərbaycan lövhəsini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanırdı».
   Sərgi günlərində “Geo Travel”, “Gilan Tourism” turizm şirkətləri və “AZAL”ın Milandakı rəsmi nümayəndəsi xüsusi aktivlik nümayiş etdiriblər. Onlar İtaliya, Türkiyə, Rusiya, İran və digər xarici ölkələrin turizm şirkətləri ilə turist mübadiləsinə dair danışıqlar aparıblar. L.Verdiyevanın sözlərinə görə, Azərbaycanın lövhəsini ziyarət edən yerli və xarici turizm şirkətlərinə ölkəmiz haqqında geniş məlumat veriblər: «Ziyarətçi turizm şirkətlərinin nümayəndələri Azərbaycana turist qruplarının gətirilməsində maraqlı olduqlarını bildirdilər».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar