Avropada koronavirusdan (COVİD-19) ən çox zərər çəkən ölkələrdən olan İtaliyada normal həyata qayıdış başlayır. Oktyabrın 11-dən ölkədə teatrlar, kinoteatrlar, digər mədəniyyət, eləcə də idman obyektlərinin fəaliyyəti bərpa edilib.
Yeni qaydalara əsasən, ölkədə epidemioloji vəziyyətin yüngül olduğu regionlarda (ağ zona) teatr, kinoteatr və mədəniyyət evlərinin tam şəkildə, qapalı məkanlarda ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə isə gecə klubları və diskotekaların fəaliyyətinə icazə verilib. Açıq məkandakı bu əyləncə məkanları ümumi tutumun 75 faizi ilə fəaliyyət göstərə biləcək. Stadionlarda tamaşaçı tutumu 50 faizdən 75 faizə artırılıb.
Bütün məkanlara girişdə “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksin sertifikatı) tələb ediləcək.