Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzində “nizamiganjavi.az” saytının təqdimat mərasimi keçirilib.

Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, millət vəkili Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.

Mərasimdə Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə”nin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub. Gəncə Dövlət Filarmoniyasının solistləri – Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova və Ruhiyyə İsgəndərovanın ifasında musiqi parçaları səslənib. Tədbirdə həmçinin Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin rəsm sərgiləri nümayiş etdirilib.