Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycanın turizm sektorunun təşviqinə dair tədbir keçirilib. Ölkəmizin Argentinadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Argentinanın Avropa və Asiya ölkələri üzrə 60-a yaxın turoperator şirkətləri, aparıcı turizm assosiasiyaları və turizm sektorunun təşviqi ilə məşğul olan KİV-lərin nümayəndələri iştirak ediblər.
   İştirakçıları salamlayan səfir Məmməd Əhmədzadə qədim tarixə, zəngin mədəni irsə və coğrafi müxtəlifliyə malik Azərbaycanın Argentina turistləri üçün maraqlı turist istiqamətlərindən biri olacağını deyib, turizm sektorunun inkişafı məqsədilə görülən işlər, prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə turizm ili elan edilməsi barədə məlumat verib. Sonra çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Argentina turistlərini Azərbaycana dəvət edərək bu xüsusda turist şirkətlərinin rolunun önəmli olduğunu bildirib.
   Çıxışlardan sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş “Azərbaycan - unudulmaz ölkə” filmi nümayiş etdirilib. Tədbir iştirakçılarına Azərbaycan turizminin təşviqini əks etdirən kitab və materiallar paylanıb, ölkəmizin müxtəlif mənzərələri və mədəni-tarixi abidələrinin fotosərgisi, habelə milli xalçalarımızın nümayişi təşkil olunub. Tədbir Azərbaycan mətbəxinin təqdimatından ibarət ziyafət və milli musiqiçilərimizin konserti ilə yekunlaşıb.
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar