“Xarıbülbül” Azərbaycan Vizyon Teatrının açılışı Zəfərimizi gözləyirdi. Biz artıq altı ildir ki, Türkiyə-Azərbaycan Vizyon Teatrı olaraq fəaliyyət göstərdik. İndi qürurla “Xarıbülbül” adını daşıyır, bu ada layiq olmağa çalışırıq. Bu Zəfəri bizə yaşadan Ali Baş Komandanımıza, şanlı Azərbaycan Ordusuna minnətdarıq. Vətən torpağı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzu edirəm. Oğullarımız bizim alnımızı açıq etdilər.
Bu fikirləri İstanbulda fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatrının rəhbəri Kamalə Cabbarova söyləyib.
Hazırda Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə yeni tamaşa üzərində işlədiklərini deyən Kamalə Cabbarova ən böyük arzusunun teatr kollektivi ilə birgə Şuşada tamaşa nümayiş etdirmək olduğunu bildirib.