Almaniya qəzetində ölkəmiz haqqında məqalə dərc edilib
Almaniyanın nüfuzlu “Die Welt” qəzetində Azərbaycan haqqında məqalə dərc edilib. “Azərbaycanda tarixi anlar” (Geschichtsstunden in Aserbaidschan) adlı məqalənin müəllifi, Bundestaqın rəsmi mətbu orqanı olan “Das Parlament” qəzetinin baş redaktoru Knut Teske eyni məqaləni “Şərq məscidləri və alman izləri” (Orientalische Moscheen und deutsche Spuren) sərlövhəsi ilə “Welt online” internet nəşrində də yerləşdirib:
http://www.welt.de/die-welt/reise/article8395711/Geschichtsstunde-in-Aserbaidschan.html
Məqalədə Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlarından, qonaqpərvər Azərbaycan xalqının tarixi və mədəni ənənələrindən bəhs edilir.
Xatırladaq ki, Knut Teske alman jurnalistlərinin 5 nəfərlik nümayəndə heyətinin tərkibində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm potensialını xarici ölkələrdə tanıtmaq məqsədilə həyata keçirilən “İnfotur” proqramı çərçivəsində 2010-cu ilin aprel-mayında Azərbaycanda olub. Məqalə Almaniya nümayəndə heyəti ölkəmizə səfər edəndən sonra ərsəyə gəlib.