Azərbaycanın cənub bölgəsinin brendinin hazırlanması ilə bağlı fevralın 25-də Lənkəranda Mədəniyyət və Turizm Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Bu barədə qəzetimizə Turizm İnstitutunun prorektoru Eldar Aslanov məlumat verib. Onun sözlərinə görə, Turizm İnstitutu Almaniyanın Beynəlxalq İnkişaf Assosiasiyası ilə birlikdə «Cənub regionu ilə bağlı gələn turistlərdə yaranan ilk assosiasiya nədir?» mövzusunda tədqiqat aparıb. Tədqiqat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci ildə Lənkəran şəhərinin “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçirilir.
   Dizayn şirkətlərindən biri tərəfindən cənub bölgəsinin brendinin layihəsi hazırlanıb. Bununla bağlı müzakirədə bölgədə fəaliyyət göstərən 60-dan artıq müxtəlif şirkətlərin və hotellərin nümayəndələri iştirak edib. Martın sonunda Patent üzrə Dövlət Agentliyinin iştirakı ilə brendin yekun müzakirəsi keçirilərək qəbul ediləcək. Bölgənin turizm potensialını, qida və kənd təsərrüfatını əks etdirən brenddən bütün şirkətlər istifadə edə biləcəklər.
   Azərbaycanın digər bölgələrində və xarici ölkələrdə də bu brend ekoloji təmiz məhsulları olan və kənd-yaşıl turizmin inkişaf etdiyi bölgənin təqdimat forması olacaq. Analoji brendin hazırlanması Qəbələ və Zaqatala bölgəsi üçün də nəzərdə tutulur. E.Aslanovun sözlərinə görə, brendin hazırlanması «Turizm-rekreasiya zonaları haqqında» Əsasnamənin tələblərindən biridir.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar