Azərbaycan mart ayı ərzində iki böyük beynəlxalq turizm sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, tədbirlərdən birincisi martın 9-13-də Almaniyada baş tutacaq «İTB Berlin» sərgisidir. Burada ölkəmizin turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 104 kvadratmetr lövhədə alman və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcək. 
   
   Azərbaycanı sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov, Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev, BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfər üzvü, ölkəmizdə fəaliyyət göstərən 12 hotel və turizm şirkətinin əməkdaşları, bir neçə KİV nümayəndəsi təmsil edəcək.
   Qeyd edək ki, «İTB Berlin» sərgisi dünyanın ən böyük və əhatəli turizm sərgilərindən biridir. Azərbaycan bu sərgidə mütəmadi olaraq hər il iştirak edir.
   
   * * *
   Mart ayında daha bir sərgi martın 16-dan 19-dək Moskvada gerçəkləşəcək «MİTT-2011» adlı sərgidir. Burada Azərbaycanın turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 52 kvadratmetrlik lövhədə rus və ingilis dillərində hazırlanmış bukletlər, broşürlər, CD-lər və s. vasitəsilə nümayiş etdiriləcək. «MİTT-2011»də ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Quba rayon Turizm İnformasiya Mərkəzinin rəhbəri Könül Əliyeva təmsil edəcək. Azərbaycanda fəaliyyət göstərən 8 hotel və turizm şirkətlərinin nümayəndələri də sərgidə iştirak edəcəklər.
   Sərgi günlərində Azərbaycan lövhəsini ziyarət edən insanlara Quba rayonunun turizm potensialı barədə geniş məlumatlar veriləcək, həmçinin ziyarətçilər bölgənin özünəməxsus şirniyyatlarından dadacaqlar.
   Qeyd edək ki, hər iki sərgi xalqımızın milli bayramı olan Novruz ərəfəsinə təsadüf etdiyindən ziyarətçilərə ölkəmizdə təşkil edilən Novruz turları haqqında da bilgilər veriləcək, eyni zamanda onlara bayram şirniyyatları - şəkərbura, paxlava, qoğal və s. təqdim ediləcək. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar