Bu günlərdə Azərbaycanın turizm sənayesində baş verən yenilikləri özündə əks etdirən daha bir mətbu nəşrin - «Discovery Azerbaijan» jurnalının ilk sayı işıq üzü görüb. Ayda bir dəfə nəşr ediləcək jurnal ölkəmizdə milli turizmin davamlı inkişafına dəstək verəcək. Nəşrin əsas məqsədi Azərbaycanın beynəlxalq aləmdə yeni bir turizm marşrutu kimi tanınmasında öz töhfəsini verməkdir.
   «Discovery» məlumatların başqa rakursdan müzakirə və mübadiləsi, birnəfəsə oxunan, hadisələrin real ruhda və yeni baxışda təqdimatı, yenidən kəşf olunması deməkdir. Bu baxımdan ölkə başçısı İlham Əliyev tərəfindən 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə «Discovery Azerbaijan» jurnalının qayəsi də üst-üstə düşür və bu nəşrin fəaliyyətinə güclü təkan verir. Jurnal ölkəmizi ecazkar turizm diyarı kimi tanıtmaqla bərabər, həm də əhatə olunduğumuz aləmin yenidən kəşfini ehtiva edir. Nəşri vərəqlədikcə, Azərbaycanda sosial, ictimai, bir sözlə həyatımızın bütün sahələrində dinamik inkişafın hökm sürdüyü bir zamanda, qarşımızda hər addımbaşı kəşf olunası bir ümman açılır.
   Jurnalın ilk sayında diqqəti çəkən yazılardan biri də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə müsahibədir. Müsahibənin maraqlı cəhəti isə onun çox səmimi bir şəraitdə və maraqlı məkanda - Qusarda inşa edilən Şahdağ Qış-Yay Turizm Kompleksində götürülməsidir. Orijinal fotoların müşayiəti ilə təqdim edilən müsahibə Azərbaycanın turizm ictimaiyyəti üçün maraqlı informasiya mənbəyidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar