Ötən ilin noyabrından başlayaraq Bakı Turizm İnformasiya Mərkəzi və “Millennium Tourism & Congress”in həyata keçirdiyi birgə layihə çərçivəsində Bakı şəhərində gündəlik şəhər turları davam edir. 
   
   Bu barədə qəzetimizə məlumat verən “Millennium Tourism & Congress”in rəhbəri Ruslan Quliyevin sözlərinə görə, əsasən xarici qonaqlar üçün nəzərdə tutulan turlar hər gün saat 12.00-da Azadlıq meydanından başlayaraq, 17.00-da Opera və Balet Teatrının yanında yekunlaşır. Turlar Azadlıq meydanı-Rəşid Behbudov-A.Bakıxanov-İnşaatçılar-Şəhidlər xiyabanı-Funikulyor-Azneft meydanı-İçərişəhər-Qız qalası-Şirvanşahlar sarayı və Opera və Balet Teatrı marşrutu üzrə keçirilir: “Turlara mütəmadi olaraq Azərbaycan Turizm İnstitutunun tələbələri də dəvət edilir. Bəzən bu turları bələdçi kurslarının dinləyiciləri idarə edirlər. Mart ayından başlayaraq turlar daha geniş həcmdə keçiriləcək. Bu, Novruz bayramı ilə əlaqədar şəhərimizə çoxsaylı xarici qonaqların gəlməsi ilə bağlıdır».
   R.Quliyevin sözlərinə görə, ölkəmizdə turizmin təbliği məqsədilə reallaşdırılan bu yeni layihə dünya təcrübəsinə əsaslanır. Paris, Dubay və digər şəhərlərdə belə bir təcrübə tətbiq edilib və effekti də yüksək olub. İndiyə qədər həyata keçirilən 30-a yaxın tur vasitəsilə 118 turistə xidmət göstərildiyini bildirən R.Quliyevin sözlərinə görə, bu layihənin uğurla həyata keçirilməsi Azərbaycan mədəni irsinin təbliği və turizm potensialımızın tanıtdırılması yönündə atılan mühüm addımlardan biridir.
   Şirkət rəhbəri onu da bildirdi ki, layihə 2011-ci ilin «Turizm ili» elan olunması ilə əlaqədar bu il daha geniş çərçivədə həyata keçiriləcək.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar