Azərbaycanda yeni turizm məkanlarının formalaşması üçün xüsusi proqramlar hazırlanır. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
   
   “Turizm ili” çərçivəsində görüləcək işlərlə bağlı danışan nazir bildirib ki, ölkənin zəngin turizm potensialı var və bundan səmərəli istifadə olunmalıdır: “Azərbaycanda turizm xidmətlərinin müxtəlifliyini təşkil etməliyik. Biz istəyirik ki, “Turizm ili”nin məntiqi nəticəsi kimi artıq növbəti illərdə təsdiq olunmuş layihələr üzrə işlər davam etdirilsin, ölkəyə gələn turistlərin sayı çoxalsın. Ötən il Azərbaycana ilk dəfə olaraq 1 milyon 900 min nəfərdən artıq əcnəbi gəlib, onlardan 1 milyon 500 min nəfərdən çoxunu turist kimi qəbul etmişik. 2011-ci ildə Azərbaycana gələn turistlərin sayının 2 milyon nəfəri aşacağı gözlənilir. Növbəti beş ildə turist sayının 3 milyon nəfərdən də artıq olmasını nəzərdə tuturuq və buna imkanımız var”.
   2011-ci ildə Azərbaycanda bir neçə otelin açılışının nəzərdə tutulduğunu vurğulayan nazir müalicə turizminin perspektivlərindən də danışıb: “Azərbaycanda müalicə turizmi ilə bağlı bir sıra layihələr həyata keçirilir. Artıq Naftalanda böyük müəssisələr açılıb. Bu tipli müəssisələr Lənkəranda, Naxçıvanda da var. Bu iş daha da təkmilləşdirilməlidir. Dövlət başçısının Azərbaycanda kurortologiya sahəsinin inkişafı ilə bağlı xüsusi sərəncamı var. Həmin sənədə əsasən müvafiq dövlət qurumları artıq bununla məşğuldurlar. Biz kurortologiya sahəsində görüləcək işləri “Turizm ili” çərçivəsində ümumi plana daxil etmək niyyətindəyik”.
   Nazir həmçinin bu il ölkədə turizm sərgilərinin təşkilinin, Dünya Turizm Təşkilatının xüsusi proqramlarının, seminarlarının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar