Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Azərbaycanın cənub bölgəsinin mətbəx mədəniyyəti” festivalı və respublika elmi-praktik konfransı keçirilib.
Festival iştirakçıları ilk olaraq “Lənkəran mətbəxi uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olublar. Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nicat Şərifov, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və digər qonaqlar çıxış ediblər.
Sonra elmi-praktik konfrans keçirilib, məruzələr dinlənilib.