“Tourisme” jurnalı ölkəmiz haqqında geniş məqalə dərc edib
   
   Şimali Afrika regionunun nüfuzlu fransızdilli “Tourisme” jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında geniş məqalə dərc olunub. Məqalə Əlcəzair və Böyük Britaniya vətəndaşlığı olan jurnalist və tədqiqatçı Fadela Börd tərəfindən hazırlanıb.
   Məqalədə vurğulanır ki, “küləklər şəhəri” adlanan Bakıda müasir binaların tikilməsinə baxmayaraq, İçərişəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğu qorunub saxlanılır. İçərişəhəri və Şirvanşahlar sarayını ətraflı təsvir edən müəllif məğrur Qız qalasının ziyarətçiləri suallara qərq etdiyini yazır. F.Börd Miniatür Kitab Muzeyi, Qobustan Tarixi-Bədii Qoruğu, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində gördüklərindən heyran qaldığını bildirərək, Azərbaycan hökumətinin milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində gördüyü işləri təqdir edir.
   Müəllif 1912-ci ildə tikilmiş Bakı Dövlət Filarmoniyasının ecazkarlığından, çağdaş arxitektura üslubunda və incə zövqlə tikilmiş Müasir İncəsənət Muzeyindən bəhs edir.
   Nobel qardaşlarının evi və “Atəşgah məbədi” haqqında da oxuculara ətraflı məlumat verir. Bakıdan qatarla Şəkiyə getməyin ayrıca bir macəra olduğunu yazan F.Börd gözləri qarşısında açılan mənzərədən, xüsusilə yaşıl otlaqlar, dağlar və s. gözəlliklərdən valeh olduğunu qeyd edərək, şəhərin zəngin tarixi irsini və mədəniyyətini peşəkar jurnalist və elmi-tədqiqatçı kimi təsvir edir. Məqalədə Qəbələ və Lahıcın da özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barədə məlumat verilir.
   Azərbaycana səfərin təəccüblü və maraqlı təəssüratlarla dolu olduğunu yazan F.Börd məqaləni “Biz Azərbaycanı sevdik” cümləsi ilə bitirib.

  Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar