Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ inciləri” layihəsinə başlanılıb. Layihə işğaldan azad olunmuş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı və tanınmış şəxsiyyətlərini təbliğ etmək məqsədi daşıyır.

Layihə üzrə “Qarabağın tarixi şəxsiyyətləri” adlı ilk mövzu dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunub.

Regional idarənin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə və Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bölgənin tanınmış şəxsiyyətləri haqqında söz açıblar. Sonda Ü.Hacıbəyliyə həsr edilmiş videoçarx göstərilib, bəstəkarın mahnıları ifa olunub.