Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi martın 29-da Əl-Küveyt şəhərində öz işinə başlamış Beynəlxalq turizm sərgisində xüsusi ekspozisiya ilə iştirak edir.
   Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nümayiş etdirilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, təbiəti, adət-ənənələri və etnoqrafiyası, böyük turizm potensialı barədə ətraflı məlumatlar fotoşəkillər və videofilm, həmçinin mətbu məhsullar və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim olunub.
   Martın 29-da Azərbaycan pavilyonunu Küveyt ticarət və sənaye nazirinin müavini Əbdüləziz Əl-Xalidi ziyarət edib. O, bu sərginin Azərbaycan kimi gözəl bir ölkənin zəngin turizm potensialı haqqında ətraflı məlumatın əldə edilməsi üçün bir vəsilə olduğunu vurğulayıb. Sərgi aprelin 2-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar