Xəbər verdiyimiz kimi, 24-30 oktyabr tarixlərində Misirdə 21-ci İsmailiyyə Beynəlxalq Folklor Festivalı keçirilib. Misirin Mədəniyyət Nazirliyi, Misir Mədəniyyət Sarayları Baş İdarəsi və İsmailiyyə Quberniyasının birgə təşkil etdiyi ənənəvi festivalın məqsədi müxtəlif ölkələrin folklorunu, adət-ənənəsini, mədəniyyətini nümayiş etdirməklə, mədəni əlaqələri möhkəmləndirməkdir.
Festivalda ölkəmizi "Cəngi” estrada və folklor rəqs ansamblı təmsil edib.
Açılış mərasimi İsmailiyyə Mədəniyyət Sarayında açıq teatrda keçirilib. Festival çərçivəsində kollektivlər İsmailiyyə şəhərində və ondan kənarda müxtəlif səhnələrə çıxış ediblər.
Festivalda Azərbaycanla yanaşı İordaniya, Konqo, Fələstin, Sudan, Meksika, İndoneziya, Nepal və digər ölkələrin kollektivləri də iştirak edib.