Azərbaycan martın 29-dan aprelin 1-dək Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilən beynəlxalq turizm sərgisində iştirak edib. 
   Ölkəmizi sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu və Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Səbuhi Əfəndizadə təmsil edib. R.Oruclunun sözlərinə görə, sərgidə Azərbaycanın turizm potensialı 24 kv. m-lik lövhədə nümayiş etdirilib. Sərginin açılış günü Azərbaycan stendini Küveytin ticarət və sənaye nazirinin müavini Əbdüləziz əl-Xalidi ziyarət edib. Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev qonağa ölkəmizin turizm imkanları haqqında məlumat verib.
   Ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, sürətlə inkişaf edən iqtisadiyyatı, geniş turizm potensialı barədə ətraflı məlumatlar fotoşəkillər, ərəb və ingilis dillərində hazırlanmış CD-lər, broşürlər və videofilmlər vasitəsilə ziyarətçilərə təqdim edilib. R.Oruclunun sözlərinə görə, Küveyt vətəndaşlarının və ümumilikdə region ölkələri əhalisinin Azərbaycanın turizm potensialına marağı ildən-ilə artmaqdadır: «Küveyt sərgisində bu marağın bir daha şahidi olduq. Stendimizi gün ərzində çoxlu insanlar ziyarət edirdilər. Onlar istirahət mərkəzlərimiz, regionlarımız, müalicəvi turizm imkanlarımız barədə çoxlu suallar verirdilər».
   Küveyt sərgisi yerli kütləvi-informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Bu sırada Azərbaycanın stendinə olan maraq diqqəti cəlb edib. Ölkəmizin turizm imkanları barədə məlumatlar həm yazılı, həm də elektron KİV-lərdə öz əksini tapıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar