Sərgidə 23 ölkədən 150-dən çox şirkətin iştirakı gözlənilir
   
   Bu il öz 10 illik yubileyini qeyd edən AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi aprelin 28-30-da “Baku Expo” sərgi mərkəzində keçiriləcək. 
   Ötən müddətdə AİTF sərgisi haqlı olaraq bütün Xəzəryanı regionun turizm sənayesinin əsas hadisəsi adına layiq görülüb. Belə ki bu sərgidə əhəmiyyətli görüşlər keçirilir, tərəfdaşlıq haqqında müqavilələr imzalanır və yeni proqramlar, qiymətlər və istiqamətlər barədə məlumat verilir.
   Bu il AİTF sərgisi birdən-birə iki əlamətdar hadisəni - 10 illik yubileyini və 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsini bayram edəcək. Ölkənin turizm sektoru üçün əlamətdar olan bu hadisə, şübhəsiz ki, tarixə parlaq dəyişikliklər mərhələsi kimi daxil olacaq və artıq bu gün sərginin cari ildəki artım dinamikasını da proqnozlaşdırır. AİTF-2011 yubiley sərgisində 150-dən çox şirkətin iştirakı, habelə 23 ölkə və 55 istiqamətin təqdim ediləcəyi gözlənilir. 2010-cu ilin sərgisində iştirak etmiş bütün milli qruplar AİTF-2011 sərgisində iştiraklarını əvvəlcədən sifariş ediblər. Builki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcək.
   Qeyd edək ki, sərgi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Bundan əlavə, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən də dəstək verilir. Türkiyə ardıcıl olaraq ikinci ildir ki, AİTF sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. Türkiyənin turizm potensialı və koloriti milli stenddə təqdim ediləcək.
   Sərginin sponsorları arasında “Silk Way Travel” turizm şirkəti də var. AİTF sərgisinin rəsmi hava yolları qismində isə AZAL çıxış edir.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda təşkil edilən II Daxili Turizm Sərgisi yenidən AİTF sərgisi ilə birgə keçiriləcək. Sərginin ekspozisiyası 18 regiondan təxminən 100 şirkəti təqdim edəcək, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini nümayiş etdirəcək və AİTF-2011 sərgisinin qonaqlarını və iştirakçılarını bir sərgi meydançası daxilində Azərbaycan xalqının rəngarəng və zəngin folkloru, mətbəxi və ənənələri ilə tanış edəcək.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar