Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə Departamentinin direktoru Robert Palmer aprelin 13-də Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru, professor Cəfər Cəfərov institutda görüşə vaxt ayırdığı üçün kollektiv adından qonağa təşəkkür edib. Rektor ali təhsil ocağının fəaliyyəti, tədris-təcrübə-tədqiqatın vəhdəti prizmasından məqsədli strateji hədəflər barədə qonağı məlumatlandırıb. Robert Palmer isə öz növbəsində ATİ-yə dəvətdən razı qaldığını, Azərbaycanın böyük turizm potensialına malik olduğunu bildirib.
   Səmimi dialoq şəraitində gerçəkləşən görüşdə Bakıda öz işini uğurla başa çatdırmış Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti xüsusi dəyərləndirilib. Söhbətdə ATİ-nin gələcəkdə mədəniyyət idarəçiliyi sahəsində görə biləcəyi işlər müzakirə də olunub. Qeyd olunub ki, Bakının regional mədəniyyət mərkəzi kimi rolunun artdığı məqamda Şərqi Avropa ölkələrinin iştirakı ilə burada mədəniyyət idarəçiliyi üzrə seminar, konfrans və yay məktəblərinin təşkilinə böyük ehtiyac var. ATİ sadalanan tədbirlərdə yaxından iştirak etməyə hazırdır. C.Cəfərov bildirib ki, ATİ Avropa Şurasının müvafiq departamentinin dəstəyi ilə regional tədbirlərin icrası, həmçinin mədəniyyət sahəsi üzrə kadr hazırlığı ilə bağlı “Mədəniyyət menecmenti” ixtisası üzrə treninqlər keçirməyi planlaşdırır. 

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar