Aprelin 13-də Gürcüstanın paytaxtı Tbilisidə “Expo Georgia” sərgi mərkəzində 13-cü beynəlxalq “EXPO-2011” turizm sərgisi işə başlayıb. 
   Üç gün davam edəcək sərginin proqramına müxtəlif tədbirlər və “Turizmdə innovasiya” mövzusunda konfrans daxildir. Tədbirdə Ukrayna, Qazaxıstan, Türkiyə, İran, Azərbaycan, Moldova, Belarus və digər ölkələrdən nümayəndələr iştirak edir. Sərgi çərçivəsində 55 turizm stendində 180 turizm şirkətinin və komplekslərinin turizm xidmətini əks etdirən materiallar təqdim olunur.
   Sərginin ilk günü GUAM-ın baş katibi Valeri Çeçelaşvili və Gürcüstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri sərgini ziyarət ediblər.
   Qeyd edək ki, aprelin 12-də Tbilisidə GUAM ölkələrinin turizm üzrə işçi qruplarının görüşü keçirilib. Tədbirdə “GUAM ölkələrinin Yaponiya ilə turizm əlaqələrinin inkişaf etdirilməsi üzrə tədbirlər planı” müzakirə edilib. Görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın turizm qurumlarının, o cümlədən ölkəmizin “İmprotex” şirkətinin nümayəndələri iştirak edib. GUAM nümayəndələrinin turizm sahəsində əməkdaşlığı istiqamətində baş tutan görüşdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev təmsil edib.  

 Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar