Məlum olduğu kimi, aprelin 28-dən 30-dək Bakıda «AİTF-2011» Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək. Bu il 10-cu dəfə keçiriləcək AİTF sərgisinə xarici ölkələrdən böyük maraq var. Sərgidə 23 ölkədən 150-dən çox şirkətin iştirakı gözlənilir.
   Builki sərgidə ilk dəfə iştirak edəcək şirkətlərdən biri də Litvanın «Terra İncognita» turizm şirkətidir. Şirkətin satış üzrə meneceri Yozas Dambrauskas infotour.az saytına açıqlamasında bildirib ki, Azərbaycan güclü iqtisadi potensialı olan ölkə olaraq, vətəndaşlarına dünyanın hər bir yerində istirahət imkanları yaradır: «İstərdik ki, azərbaycanlıların özlərinə istirahət məkanı seçdikləri ölkələr içərisində Baltikyanı respublikalar da olsun. AİTF sərgisində iştirak etməkdə də məqsədimiz Azərbaycanın turizm şirkətləri ilə yaxından əməkdaşlıq əlaqələri qurmaqdır».
   Qeyd edək ki, «Terra İncognita» şirkəti artıq 10 ildir ki, turizm fəaliyyəti ilə məşğuldur. Şirkət Avropa, Asiya, Afrika və Amerika ölkələrinə fərdi və qrup şəklində müxtəlif turlar təşkil edir, eyni zamanda müalicəvi turizmlə də məşğul olur. «Terra İncognita» turizm şirkəti həmçinin Avropa və Skandinaviya ölkələrinin, ABŞ-ın, Çinin turizm şirkətləri ilə də uzun illərdir qarşılıqlı əməkdaşlıq əlaqələrinə malikdir.
   

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar