Azərbaycan Turizm Assosiasiyası «Turizm ili» çərçivəsində Bakıda beynəlxalq turizm sərgisi təşkil etməyi planlaşdırır. Assosiasiyanın sədri Nahid Bağırovun dediyinə görə, dünyanın bir çox ölkələrində turizm sərgilərini, yay turizm mövsümlərinin açılış və bağlanış mərasimlərini turizm assosiasiyaları təşkil edir. Bu baxımdan Türkiyə təcrübəsini misal gətirən N.Bağırov bildirdi ki, artıq uzun illərdir fevral ayında bu ölkədə təşkil edilən EMİTT (East Mediterranean International Tourism and Travel Exhibition) və dekabrda keçirilən «Travel Turkey Izmir Tourism Fair and Conference» beynəlxalq turizm sərgilərini Türkiyə Turizm Şirkətləri Assosiasiyası (TURSAB) reallaşdırır: «AZTA da Bakıda beynəlxalq turizm sərgisi keçirməyi nəzərdə tutur. Sərgini sentyabrın 27-də, Dünya Turizm Günündə təşkil etmək niyyətindəyik. Bu günü seçməyimizin də səbəbləri var. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm dünya turizm gününü, həm yay mövsümünün yekunlarını, həm də qarşıdan gələn payız-qış mövsümündə görüləcək işləri müzakirə edir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti də böyük olacaq».
   Assosiasiya sədri onu da bildirdi ki, 3 gün davam etməsi nəzərdə tutulan sərgi ilk iki gündə yalnız turizm sektoru təmsilçiləri, üçüncü gün isə geniş ictimaiyyət üçün açıq olacaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar