İyun ayından Azərbaycandan “yaşıl ada”ya birbaşa aviareyslər həyata keçiriləcək
   
   Aprelin 26-da Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin və «Millennium Tourism & Congress»in təşkilatçılığı ilə “Landmark” biznes mərkəzində Kiprin turizm potensialının tanıtdırılması məqsədilə konfrans keçirildi.
   
   Tədbirdə çıxış edən Şimali Kipr Hotelçilər Birliyinin başkanı Mehmat Dolmaçı bildirdi ki, bu mövsümdən etibarən azərbaycanlı turistlər Şimali Kiprə səfər üçün daha əlverişli imkanlar əldə edəcəklər. İyunun 21-dən bu ölkəyə turizm məqsədli ilə birbaşa uçuşlar həyata keçiriləcək. Təyyarə reysləri həftənin II və V günlərində «Airbus-319» təyyarəsi ilə gerçəkləşəcək. Bakıdan qalxan təyyarə Türkiyənin Adana şəhərində qısamüddətli eniş etməklə 3,5 saat sonra Şimali Kiprin paytaxtı Lefkoşaya çatacaq».
   Şimali Kiprin «DMG Cyprus» şirkətinin nümayəndəsi Bora Özgenin sözlərinə görə, bu il Türkiyəyə turist səfərlərinin bahalaşması fonunda Şimali Kipr xarici turistlər üçün daha sərfəli şərtlər təklif edir: «Misir və Tunisdəki hadisələr nəticəsində bütün dünya Antalyaya gəlir. Nəticədə bu il Türkiyədə qiymətlər çox yüksəkdir. Şimali Kiprin qiymətləri isə daha əlverişli olacaq».
   Səyahət Agentlikləri Birliyinin təmsilçisi Özbek Ömür Dedekorkutun sözlərinə görə, Şimali Kiprdə 7 gecə 8 günlük istirahətin qiyməti 600 manatdan (3 ulduzlu hotellər üçün) 900-1000 manatadək (5 ulduzlu hotellər üçün) dəyişir. İlk uçuş zamanı turpaketlər güzəştli qiymətlərlə təqdim olunacaq və 400 manat təşkil edəcək. Şimali Kiprə turist səfərlərini iki yerli şirkət «Millennium» və «N Travel» şirkətləri təşkil edəcək.
   Şimali Kiprin Turizm Nazirliyinin nümayəndəsi Şahap Aşiqoğlunun sözlərinə görə, azərbaycanlı turistləri qəbul etmək üçün ölkədə ideal şərait var: «Hotellər, təbiət, mətbəx və ən əsası qənaətli qiymətlər. İnanırıq ki, azərbaycanlı turistlər bunu qiymətləndirəcəklər».

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar