Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Xılxına kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin abidə-kompleksinin açılışında iştirak ediblər.

Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elməddin Cəfərovun ailəsinə baş çəkiblər.

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın əməkdaşları Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin ailəsi ilə görüş təşkil ediblər.

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları Vətən müharibəsi şəhidləri Əli Qənbərov, Əmrah Hüseynli və Namiq Paşayevin ailələrini ziyarət ediblər.

Kürdəmir RMİ-nin işçiləri rayonun İsmayıllı kəndində II Qarabağ müharibəsi şəhidi İlqar Əhmədovun anım tədbirində iştirak ediblər.

Biləsuvar RMİ-nin təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında şəhid ailələri və qazilərlə görüş keçirilib.

NURƏDDİN