«AİTF-2011» Beynəlxalq turizm və səyahətlər sərgisində Gürcüstan şirkətləri də geniş təmsil olunurdu. Qonşu ölkə, ötən il olduğu kimi, bu il də sərgidə öz milli stendi ilə çıxış edirdi. «Travel Forever» turizm şirkəti Gürcüstanın turizm sahəsində fəallığı ilə seçilən şirkətlərdəndir. Şirkətin baş direktoru Nino Marjanidzenin sözlərinə görə, Gürcüstanın zəngin mədəniyyəti, tarixi, təbii-coğrafi mövqeyi və turizm obyektlərində təklif edilən yüksək xidmət burada turizm sənayesinin inkişaf etdirilməsi üçün çox gözəl imkanlar yaradır: «Hələ turizm mövsümündən xeyli əvvəl şirkətimiz daxili turizm üzrə proqram və marşrutlarını tanıtdırmaq məqsədilə bütün ölkə boyu geniş reklam kampaniyası qurub. Turistlərə geniş çeşidli turpaketlər təklif edirik».
   Şirkət rəhbəri bildirdi ki, Gürcüstana gələn əcnəbi turistlərin sayına görə azərbaycanlılar ikinci yerdədir: «Təbii ki, biz bu marağın azalmasını qətiyyən istəmirik. AİTF sərgisində yaxından təmsil olunmağımızın başlıca səbəblərindən biri də odur ki, azərbaycanlı tərəfdaşlarımızla əlaqələrimizi daha da genişləndirək, eyni zamanda Gürcüstanın istirahət etmək üçün təhlükəsiz və rahat bir ölkə olduğunu sərgi ziyarətçilərinin diqqətinə çatdıraq. Bu sərgidə iştirak etmək bizə yay turizm mövsümünün yenilikləri ilə tanış olmaq imkanı verdi, eyni zamanda mədəni, ekoloji, ekstremal, ov, macəra, müalicə və s. turizm növləri üzrə yeni əməkdaşlıq münasibətləri qurmağımıza şərait yaratdı».   

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar