Lənkəran Dövlət Dram Teatrının truppası Biləsuvarda qastrol səfərində olub. Teatrın aktyorları Biləsuvar RMİ Biləsuvar şəhər Mədəniyyət evinin səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” pyesinin tamaşasını nümayiş etdiriblər. Tamaşaya Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin maraqla izlədiyi tamaşada rolları Aynur Əhmədova, Səyad Əliyev, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Tərlan Abdullayev, Emin Fərzullayev, Miraslan Ağayev, Təranə Fərəcova və Amil İbrahimli canlandırıblar.