Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Milli Kulinariya Mərkəzinin və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil olunacaq. Nazirliyin Turizm şöbəsindən verilən xəbərə görə, bununla bağlı şimal-qərb bölgəsi üzrə 20-30 may tarixlərində İsmayıllı rayonunda, cənub bölgəsi üzrə 25 may-5 iyun tarixlərində Lənkəran şəhərində, şimal bölgəsi üzrə 1-10 iyun tarixlərində Xaçmazda, qərb bölgəsi üzrə isə 5-10 iyun tarixlərində Gəncə şəhərində xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır. Təlim-tədris kurslarında əsasən hotel menecmenti, qeyd-qəbul, masa xidməti, xadiməçilik və aşpazlıq ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər, Azərbaycan Turizm İnstitutunun və Milli Kulinariya Mərkəzinin mütəxəssisləri tədris edəcək.
   Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və bütövlükdə Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar