Mayın 11-də BMT-nin Azərbaycan üzrə əlaqələndirici koordinatoru Fikrət Akçura Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonağa institutun fəaliyyəti barədə, təhsil sahəsində qazandığı uğurlar barədə məlumat verib. Rektor onu da qeyd edib ki, BMT İP-in Mədəniyyət və Turizm Nazirliyi ilə həyata keçirdiyi “Turizmin inkişafı layihəsi” çərçivəsində ATİ-nin nəzdində Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Bu layihə sayəsində ATİ-nin kitabxana fondunda olan 7 minədək kitab və informasiya daşıyıcısı olan, ölkədə turizm üzrə ixtisaslaşmış yeganə kitabxana informasiya mərkəzi, həmçinin xüsusi təlim otağı yaradılıb.
   Öz növbəsində Fikrət Akçura səmimi qarşılandığı və institutun fəaliyyəti barədə ətraflı məlumat aldığı üçün ATİ rəhbərliyinə təşəkkür edib və Şərq ölkələrində, eləcə də Pakistanda, Özbəkistanda, Qazaxıstandakı fəaliyyətini Azərbaycanda da uğurla davam etdirəcəyini bildirib. Azərbaycanda çalışdığı müddətdə ali təhsil ocağı ilə sıx əməkdaşlıq edəcəyini xüsusi vurğulayan qonaq ATİ-nin kollektivinə gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar