Mayın 12-dən 14-dək Moskvadakı “Qostinıy dvor” sərgi kompleksində “MITF-2011” beynəlxalq turizm sərgisi keçirilib. Azərbaycanı sərgidə Zakir Əliyevin rəhbərliyi ilə Bakı Turizm-İnformasiya Mərkəzi (BİTM) və «Geo Travel» turizm şirkəti təmsil edib.
   Bakı Turizm-İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncovun qəzetimizə verdiyi məlumata görə, dünyanın 40 ölkəsinin təmsil olunduğu sərgidə Azərbaycanın turizm potensialı 28 kvadrat metrlik lövhədə nümayiş etdirilib. Azərbaycanın stendi sərgiyə gələnlərin böyük marağına səbəb olub. Xüsusilə də Naftalan neftinin müalicəvi əhəmiyyəti ilə bağlı ziyarətçilər Azərbaycan təmsilçilərinə çoxsaylı suallar ünvanlayıblar. Sərgi iştirakçılarına ingilis və rus dillərində hazırlanmış müxtəlif reklam-çap materialları paylanıb. Sərgi çərçivəsində Bakı Turizm-İnformasiya Mərkəzi Rusiyanın müxtəlif şəhərlərinin və bir sıra xarici dövlətlərin turizm-informasiya mərkəzləri ilə turizm sahəsində münasibətlərin inkişafına dair əməkdaşlıq haqqında 11 müqavilə imzalayıb.
   Sərgidə “Bakının qonaq kartı”nın təqdimatı keçirilib: «Bu, BİTM-in yeni layihələrindən biridir. Bakı MDB-də Minskdən sonra belə “qonaq kartı” hazırlayan ikinci şəhərdir».
   B.Qılıncovun sözlərinə görə, sərgi zamanı erməni heyəti öz xislətinə sadiq qalaraq növbəti təxribat törətməyə çalışıb. Belə ki “Turizmin inkişafı üzrə Qarabağ agentliyi” adlı qurum da sərgi iştirakçılarının siyahısında olub. Lakin Mədəniyyət və Turizm Nazirliyinin məsələyə müdaxiləsindən və Azərbaycanın Rusiyadakı səfirliyinin sərginin təşkilatçılarına ünvanladığı məktubdan sonra bu qurum iştirakçılar siyahısından çıxarılıb.  

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar