Azərbaycan İstiqlal Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ithaf olunan “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində daha bir sərgi açılıb.

Dekabrın 9-da təqdim olunan “Cəsurlar” adlı sərgidə Vətən müharibəsi şəhidləri – kapitan Türkay Hüseynli, baş leytenant İlkin Məmmədzadə, gizir Coşqun Məmmədov, əsgərlər Qardaşağa Cəbiyev və Əli Tağıyevin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə aid fotoşəkilləri, şəxsi əşyaları nümayiş olunur.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, “ASAN Könüllüləri” təşkilatının üzvləri, tələbələr iştirak ediblər.

Sərgi dekabrın 16-dək davam edəcək.