Mayın 16-da Azərbaycan Turizm İnstitutu ilə “İrotel” turizm təhsili və istehsalat təcrübəsi mərkəzi arasında müqavilə imzalanıb. ATİ-nin prorektoru Eldar Aslanovun qəzetimizə verdiyi məlumata görə, sözügedən şirkət ölkəmizdə yeni fəaliyyətə başlayıb. Şirkət «Opera» və «Pidelyo» proqramları əsasında beynəlxalq sertifikat kursları təşkil edir. “İrotel” mərkəzi artıq bir sıra xarici ölkələrdə fəaliyyət göstərən müvafiq strukturlarla əməkdaşlıq müqaviləsi imzalayıb. Mərkəzin sertifikatı dünyada mövcud olan şəbəkə hotelləri tərəfindən tanınır. ATİ ilə şirkət arasında imzalanan müqaviləyə əsasən, institutun 3-cü və 4-cü kurs tələbələri eyni zamanda mərkəzin təşkil etdiyi kurslarda da iştirak edə bilərlər. ATİ-nin məzunları sonda həm ali məktəbin diplomunu, həm də “İrotel” mərkəzinin sertifikatını alacaq.
   E.Aslanovun sözlərinə görə, bu sertifikat təsdiq edir ki, həmin məzunlar «Opera» və «Pidelyo» proqramlarından istifadə etməyi bacarırlar. 
  

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar