Fransada dünyada ilk dəfə avtomatlaşdırılmış hotel açılıb. “Hi Matic” adı verilmiş hotel rəqəmsal xidmət prinsipi ilə işləyir. Məsələn, nömrə tutmaq üçün turist vağzal və hava limanlarında qoyulmuş sensorlu ekranlara bənzər ekranlardan istifadə etməlidir. Hoteldə bir gecəsi 130 avro olan yüksək səviyyəli 40 nömrə vardır.
Hotel sahibinin sözlərinə görə, avtomatlaşdırılmış sistem hotel heyətinə qənaət etməyə imkan verir. Amma bu o demək deyildir ki, hoteldə işçilər gözə dəyməyəcək. Məsələn, rəhbərlik xidmətçi xanımlardan ibarət heyətə görə qənaət etmək niyyətində deyil.
Fəxriyyə Abdullayeva